BANK

24 Avqust

Ərdoğan: Valyuta ehtiyatlarımız yaxın günlərdə 115 milyard dolları keçəcək

 "Mərkəzi Bankımızın ehtiyatları hazırda 109 milyard dollar səviyyəsindədir. Tamamlanmış əməliyyatlarla önümüzdəki günlərdə 115 milyard dolları keçəcək" 
Türkiyənin prezidenti  Rəcəb Tayyib Ərdoğan, partiyasının İl Başçılarının Genişləndirilmiş Toplantısında etdiyi çıxışında deyib.

O bildirib ki,2019 -da cari kəsiyi profisitə çevirməyi bacardıq, tezliklə eyni mənzərəni görəcəyik

Prezident Ərdoğan, "Mərkəzi Bankımızın ehtiyatları hazırda 109 milyard dollar səviyyəsindədir. Tamamlanmış əməliyyatlarla önümüzdəki günlərdə 115 milyard dolları keçəcək" deyə qeyd edib. 

Ərdoğan, "Yaşadığımız hadisələr, xüsusən də məzənnə dalğalanmaları səbəbiylə bir qədər azalan milli gəlirimizi ən qısa zamanda bir trilyon dolların üzərinə yüksəldəcəyik" deyib. 

Müəllif:Aynur Qəniyeva