BANK

24 Avqust

Azərbaycanda bu gün banklar daha çox dollar alıb - DOLLARA TƏLƏB ARTIB

24 Avqust 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Fins.az xəbər verir ki, hərracda tələb 74,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.