BANK

24 Avqust

Azərbaycana xaricdən göndərilən pul 33%-dən çox ARTIB

2021-ci ilin ilk yarısında ölkəyə daxil olan pul baratlarının həcmi 498 mln. ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.

Məlumata görə,Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu illik müqayisədə 33,9% çoxdur.

Qeyd edək ki, ötən il Azərbaycana daxil olan pul baratlarının həcmi 3,9% artaraq 970 mln. dollar təşkil edib.