BANK

24 Avqust

Azərbaycanın strateji valyuta ehtiyatları barədə AÇIQLAMA

Bu ilin yanvar-iyun aylarında ölkənin strateji valyuta ehtiyatları qəbul edilmiş beynəlxalq kifayətlilik normalarını üstələməkdə davam edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.

2021-ci ilin iyun ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 41 aylıq mal və xidmət idxalına kifayət edib (2020-nin yekunu üzrə mal və xidmət idxalı götürülməklə). Strateji valyuta ehtiyatları manatla pul kütləsini (M2) 4,2 dəfə üstələyib (01.07.2021 tarixinə olan M2 pul aqreqatı götürülməklə).