BANK

24 Avqust

"Tinkoff Bank" Filippində filial açmaq istəyir

Rusiyanın bütün bölgələrində fəaliyyət göstərən müasir bir bank olan "Tinkoff Bank",  rəqəmsal bank lisenziyası almaq üçün Filippin Respublikası Mərkəzi Bankına müraciət etməyi planlaşdırır.

Fins.az-ın məlumatına görə, kredit təşkilatının materiallarında qeyd olunur ki, "Tinkoff Mobile"ın rəhbəri Georgi Çesakov, Filippin Respublikası Mərkəzi Bankına rəqəmsal bank lisenziyası almaq üçün ərizə təqdim edərkən bankın maraqlarını təmsil etmək səlahiyyətinə malikdir.

"Tinkoff Bank"ın idarə heyəti, Filippin Respublikasındakı törəmə şirkətinin 2 milyard Filippin pesosu məbləğində nizamnamə kapitalını da təsdiqləyib.

(c)marja