BANK

23 Avqust

Əfqanıstan Mərkəzi Bankına yeni rəhbər təyin edilib

Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal Taliban hərəkatı, Hacı Məhəmməd İdrisin ölkənin Mərkəzi Bankına yeni müvəqqəti rəhbər təyin edildiyini açıqlayıb. 
Fins.az  "TASS"-a istinadəbn xəbər verir ki, "Hacı Məhəmməd İdris Əfqanıstan Mərkəzi Bankının yeni müvəqqəti rəhbər  vəzifəsinə təyin edildi. İndi onun əsas vəzifələri dövlət maliyyə və bank qurumlarının işini təşkil etməklə yanaşı ölkə əhalisinin problemlərinin həllini də əhatə edəcək". -deyə hərəkat lideri Zabihullah Mücahid bazar ertəsi Twitter -də yazıb.

Müəllif:Aynur Qəniyeva