BANK

23 Avqust

Yaponiya bu ölkəyə 300 milyon dollar kredit ayıracaq

Yaponiya neft emalı zavodlarının genişləndirilməsi üçün İraqa 300 milyon dollar kredit ayıracaq
Fins.az xəbər verir ki,Yaponiyanın xarici işlər naziri Motegi Toshimitsu Yaxın Şərq turu çərçivəsində İraqlı həmkarı Fuat Hüseynlə Bağdadda görüşüb.

Kyodo agentliyinin verdiyi məlumata görə, Motegi və Hüseyn ikitərəfli əlaqələr də daxil olmaqla regional inkişafları və Əfqanıstandakı siyasi vəziyyətlə əlaqədar son vəziyyəti müzakirə edib.

İkitərəfli iqtisadi əlaqələrin inkişafına toxunulan görüşdə Yaponiyanın Bəsrə ərazisindəki neft emalı zavodlarının genişləndirilməsi üçün İraqa 300 milyon dollar kredit verəcəyi qərara alınıb.

Müəllif:Aynur Qəniyeva