BANK

19 Avqust

Dövlət xəttilə verilən ipoteka kreditinin sayı AÇIQLANIB

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fins.az xəbər verir ki,bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib. 

Məlumata görə,İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 35 min 112 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 882 milyon 464 min 757 manatdır.