BANK

19 Avqust

Banklar tərəfindən verilən kreditlərin həcmi AÇIQLANIB

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, iyulun 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 258,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, ümumi kredit portfelinin 12 milyard 599,9 milyon manatı və ya 82,6 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 914,6 milyon manat olub və ümumi kredit portfelinin 6 faizini təşkil edib.