BANK

19 Avqust

Azərbaycanda banklara dollar satıldı-TƏLƏB ARTIB

19 Avqust 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Marja xəbər verir ki, hərracda tələb 60,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.