BANK

19 Avqust

Qeyri-faiz gəlirləri 15 mln manatdan çox olan banklar

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I yarısındakı qeyri-faiz gəlirləri 15 milyon manatdan çox olub.

Fins.az xəbər verir ki,bunlar “Kapital Bank” (136 milyon 999 min manat), “Azərbaycan Beynəlxalq Bankı” (99 milyon 33 min manat), “PAŞA Bank” (59 milyon 853 min manat), “Unibank” (18 milyon 209 min manat) və “Muğan Bank” (15,4 milyon manat) ASC-lərdir.

Qalan 21 bankdan 2-də qeyri-faiz gəlirləri 10-15 milyon manat arasında, 16 bankda 1-10 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır. 

(c)renkinq