BANK

18 Avqust

Bank Respublika rəsmisi:Open Banking yanaşması tezliklə ölkəmizdə də geniş tətbiq olunacaq

Avropa Mərkəzi Bankı tərəfindən avropa bankları qarşısında bir tələb halına gələn Open Banking yanaşması düşünürəm tezliklə ölkəmizdə də geniş tətbiq olunacaq

Fins.az xəbər verir ki, bunu “Bank Respublika”nın İdarə Heyətinin Sədr müavini Elnur Həsənov deyib 

O, Azərbayca bank sistemində yeni tətbiq edilən maliyyə innovasiyalarının bütövlükdə bank sektorunun inkişafında mühüm rol oynadığını bildirərək,"Ölkəmizdə ilk dəfə olaraq Bank Respublikanın təqdim etdiyi Open Banking platforması üzərindən müştərilərimizə yeni imkanlar yaradan GoldenPay komandasına təşəkkür edirik. Hesab edirik ki, bu maliyyə xidmətlərinin əlçatanlığı istiqamətində atılan mühüm bir addımdır. Avropa Mərkəzi Bankı tərəfindən avropa bankları qarşısında bir tələb halına gələn Open Banking yanaşması düşünürəm tezliklə ölkəmizdə də geniş tətbiq olunacaq" deyə qeyd edib.

Bank Respublikanın yeni istifadəyə verilən innovativ imkanları barədə də danışarkən "Bank Respublika artıq uzun müddətdir ki, Open Banking platformasının ölkəmizdə təbliği eləcə də tətbiqi üzərində çalışır. Bu sahənin inkişafına verdiyi böyük dəstəyə görə Azərbaycan Mərkəzi Bankını da xüsusi vurğulamaq istərdik. Əminəm ki, bu layihə fintex şirkətləri ilə əməkdaşlıq imkanlarımızı genişləndirərək ölkədə maliyyə sektorunun rəqəmsal transformasiyası prosesində keyfiyyətcə yeni mərhələ olacaqdır"-deyə “Bank Respublika”nın İdarə Heyətinin Sədr müavini Elnur Həsənov bildirib. 

Müəllif: Aynur Qəniyeva