BANK

18 Avqust

Azərbaycanda faiz gəlirləri 40 milyon manatdan çox olan BANKLAR

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin I yarısındakı faiz gəlirləri 40 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (226 milyon 785 min manat), “Azərbaycan Beynəlxalq Bankı” (215 milyon 429 min manat), “PAŞA Bank” (128 milyon 819 min manat), “Unibank” (54 milyon 712 min manat) və “Xalq Bank” (47 milyon 250 min  manat) ASC-lər, “Access Bank” QSC-dir (46 milyon 986 min manat).

Qalan 20 bankdan 12-də faiz gəlirləri 10-40 milyon manat arasında, 8 bankda isə 10 milyon manatdan azdır.

(c)Renkinq