BANK

18 Avqust

Əfqanıstanın ABŞ banklarındakı ehtiyatları donduruldu

ABŞ Xəzinə Nazirliyi Əfqanıstanın ABŞ banklarında saxladığı milli ehtiyatlarını dondurub.

Fins.az xəbər verir ki, bu barədə “The Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası bazar günü əfqan hökumətinin ABŞ banklarındakı ehtiyatlarını donduraraq, Talibanın ABŞ qurumlarında saxlanılan milyardlarla dollara əlçatanlığını əngəlləyib.

Qeyd olunub ki, dünyanın ən yoxsul ölkələrindən biri olan Əfqanıstanın ABŞ-ın yardımından asılılığı var və bu yardım hazırda təhlükədədir.