BANK

17 Avqust

Türkiyə Mərkəzi Bankı  Özbəkistan Mərkəzi Bankı ilə anlaşma memorandumu imzalayıb

Türkiyə Respublikası Mərkəzi Bankı, iki ölkə arasında mərkəzi bankçılıq məsələlərində əməkdaşlığı inkişaf etdirmək üçün Özbəkistan Respublikası Mərkəzi Bankı ilə anlaşma memorandumu imzalayıb. 
Fins.az xəbər verir ki,Türkiyə Respublikası Mərkəzi Bankının press -relizində anlaşma memorandumu ilə bağlı aşağıdakı ifadələr yer alır.

2 avqust 2021 -ci il tarixində Türkiyə Respublikası Mərkəzi Bankı ilə Özbəkistan Respublikası Mərkəzi Bankı arasında mərkəzi bank məsələləri üzrə əməkdaşlığın inkişafına zəmin yaratmaq üçün Anlaşma Memorandumu imzalanıb. 

Sözügedən razılaşma çərçivəsində, iki ölkənin mərkəzi bankları arasında mərkəzi bankçılıq mövzusunda əməkdaşlığı inkişaf etdirmək üçün araşdırmaların aparılması planlaşdırılır. 

Müəllif:Aynur Qəniyeva