BANK

17 Avqust

Naxçıvanda sahibkarlara verilən kreditin məbləği AÇIQLANIB

2021-ci ilin ilk yarım ilində muxtar respublikada sahibkarlara 18 milyon 253 min manat kredit verilib.

Fins.az xəbər verir ki,bu barədə Naxçıvan Muxtar Respublikası Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumata görə, verilmiş kreditin 7 milyon 690 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 10 milyon 563 min manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 28 hüquqi və 1342 fiziki şəxs qeydiyyata alınıb. 

Müəllif:Aynur Qəniyeva