BANK

17 Avqust

Citi Bankdan investorlara dəyişkənlik xəbərdarlığı

Fed -in qlobal bazarlarda stimulun geri çəkilmə vaxtı ilə bağlı müzakirələr diqqətlə izlənilərkən, investorlara Citi Bankdan yüksək dəyişkənlik xəbərdarlığı edilib. 
Fins.az xəbər verir ki,sərmayəçilər Fed rəsmilərinin aktiv alışlarını azaltmaq üçün mesajlarını izləyərkən Citi Bankdan xəbərdarlıq gəlib. 

Citigroup Baş Səhm məsləhətçisiTobias Levkovich, investorlara daha böyük dəyişkənliyə hazır olmaları üçün xəbərdar edib. 

Levkoviçə görə, istiqraz bazarı Fed -in aktivlərinin azalmasına, daha yüksək vergi perspektivlərinə, marj təzyiqlərinə və davamlı inflyasiyaya cavab verməlidir. Bu dörd faktorun sentyabr ayında bir araya gələrək kəskin bir dəyişkənlik yaradacağını gözləyən Levkoviç, ilin sonuna SP 500 indeksində 4.000 ballıq proqnoz qeyd edib. Bu rəqəm Bazar ertəsi günü bağlanışla müqayisədə 10,7% azalma olduğunu göstərir.

Levkoviç, Əfqanıstandakı qarışıqlığın bazarlara məhdud təsir göstərəcəyini də proqnozlaşdırıb. 

Müəllif:Aynur Qəniyeva