BANK

16 Avqust

Baş nazirin qeyri-müəyyən açıqlaması bu ölkənin pulunu kəskin UCUZLAŞDIRDI

Bir müddətdir ki, Malayziyada parlamentində müzakirə mövzusu olan Baş nazir Muhyiddin Yasin, partiyasına istefa verməyi planlaşdırdığını açıqlayıb.

Fins.az xəbər verir ki,bu açıqlamadan sonra  Malayziya ringgiti son bir ilin ən aşağı səviyyəsinə düşüb, Malayziya birjasında mənfi qiymətlər müşahidə olunub.
Malayziyada baş nazirin istefa planı ölkəni siyasi qeyri -müəyyənlik həddinə gətirib..

Bir müddətdir parlamentdə müzakirə mövzusu olan Baş nazir Muhyiddin Yasinin, müxalifət partiyalarının sentyabr ayında keçiriləcək etimad səsverməsinə verdiyi dəstək tələbinin rədd edilməsindən sonra istefa verəcəyi iddia edilirdi. 

Baş nazir Yasinin istefa planını partiya üzvlərinə çatdırdığı bildirilib. Bloomberg -ə müsahibə verən rəhbər şəxslərdən biri , Baş nazir Yasinin Kralla görüşəcəyini və istefa ərizəsini təqdim edəcəyini bildirdi.

Bu məlumatlar Malayziya aktivlərinə mənfi təsir göstərdi. Malayziya rinqiti dollara nisbətdə son bir ilin ən aşağı səviyyəsinə düşsə də, Malayziya Birjasında ilkin qiymətlərdə 0,6% azalma qeydə alınıb.

Müəllif: Aynur Qəniyeva