BANK

13 Avqust

Biotrend səhm satışı üçün AYİB ilə danışıqlar aparır

Biotrend, şirkətin idarəçiliyinə sahib olan Doğan Investment Holdingin, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə azlıq paylarının satışı üçün danışıqlar apardığını açıqlayıb.
Fins.az xəbər verir ki, Biotrend, İctimai Məlumatlandırma Platformasına etdiyi açıqlamada, rəhbərliyi dolayı yolla idarə edən şirkətin ortağı Doğanlar Yatırım Holdingin Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə danışıqlar apardığını bildirib. 

Biotrend Environment and Energy Investments şirkətinin səhmləri 28 aprel tarixində baza qiyməti 18 TL, "BIOEN.E" kodu və davamlı ticarət üsulu ilə satılmağa başlayıb.19-21 aprel tarixləri arasında ilkin tələbat alan Biotrend-də, kütləvi təklifin həcmi 750 milyon TL olaraq qeyd edilib. 

Müəllif: Aynur Qəniyeva