BANK

12 Avqust

Lirə-nin dəyərinin Mərkəzi Bankın qərarına gözlənilməz reaksiyası

Çərşənbə günü açıqlanan ABŞ inflyasiya məlumatlarından sonra, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarına dəstək taparaq, Türk lirəsi dollara nisbətdə yüksəlməyə davam edib. 
Türkiyə Respublikası Mərkəzi Bankının siyasət faizini sabit saxlaması və pul siyasətində sıx mövqeyini qoruyacağını vurğulaması ilə Dollar/TL 8.53 səviyyəsinə düşdü.

Türk lirəsi cümə axşamı günü inkişaf etməkdə olan ölkələrin valyutaları arasında ən çox bəyənilən valyuta olsa da, həftənin əvvəlindən bəri ən çox dəyər qazanan ikinci inkişaf edən ölkə valyutasıdır.

Türkiyənin 10 illik istiqraz faizi 30 baza faiz azalaraq 17,41 %-ə düşüb. Türkiyənin kredit borcu risk səviyyyəsi 390 baza balının altına düşüb.

Müəllif:Aynur Qəniyeva