BANK

12 Avqust

Türkiyə Mərkəzi Bankı faiz qərarını AÇIQLADI

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB), bazar gözləntilərinə uyğun olaraq, faiz dərəcəsini 19% səviyyəsində saxladı.

Fins.az xəbər verir ki, qərarın mətnində, mövcud sərt mövqeyin qətiyyətlə qorunacağı və inflyasiya ilə bağlı siyasət faizinin formalaşmağa davam edəcəyi mesajları da qorunub saxlanıldı.Türkiyə Respublikası Mərkəzi Bankı faiz dərəcəsini 19 faiz səviyyəsində saxlayıb.

Mərkəzi Bankın faiz qərarı mətnində aşağıdakı ifadələr istifadə edilib. 

Dünyada, xüsusən də inkişaf etmiş ölkələrdə aşılamanın sürətlənməsi qlobal iqtisadiyyatda bərpa prosesini dəstəkləyir. Bununla yanaşı, peyvənd proqramlarında irəliləyiş əldə edən iqtisadiyyatlar, məhdudiyyətləri yumşaldaraq iqtisadi fəaliyyətdə daha güclü bir performans nümayiş etdirirlər. Qlobal tələbatın sürətlə yaxşılaşması, əmtəə qiymətlərinin yüksək seyri, bəzi sektorlarda təklif məhdudiyyəti və nəqliyyat xərclərinin artması istehsalçı və istehlakçı qiymətlərinin beynəlxalq miqyasda yüksəlməsinə səbəb olur. Əsas kənd təsərrüfatı əmtəə ixrac edən ölkələrdə yaşanan iqlim şəraitinin qlobal ərzaq qiymətlərinə mənfi təsirləri müşahidə olunur. Artan qlobal inflyasiya və inflyasiya gözləntilərinin beynəlxalq maliyyə bazarlarına təsiri əhəmiyyətli olaraq qalır.

Müəllif: Aynur Qəniyeva