BANK

12 Avqust

Azərbaycan İqtisadiyyatı son bir ildə 2,7% ARTIB

2021-ci ilin yanvar-iyul aylarında ölkədə 47 262,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7% çox ümumi daxili məhsul istehsal olunmuşdur.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumata görə,iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,3% artıb.

ÜDM istehsalının 40,3%-i sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti,  1,8 %-i informasiya və rabitə, 1,1 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,5 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 %-ni təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 4 720,8 manata bərabər olub. 

Müəllif:Aynur Qəniyeva