BANK

12 Avqust

Mərkəzi bankların rəqəmsal valyutaları kriptovalyutalara təsir etmir

Mərkəzi bankların rəqəmsal valyutaları kriptovalyutalara təsir etmir.

Fins.az xəbər verir ki,Mançester Universitetinin professoru. Dr. İsmail Ertürk, "Mərkəzi banklar rəqəmsal pulu ticarətdə istifadə etməyə başlayacaq. Mərkəzi bankların rəqəmsal pullarının kriptovalyutalara çox təsir edəcəyini düşünmürəm" deyə bildirib. 

Məlumata görə,Mançester Universitetinin professoru və Çin Banklarının Proqram Direktoru. Dr. İsmail Ertürk, mərkəzi bankların kriptovalyuta bazarlarına çıxarmağı hədəflədikləri rəqəmsal valyutaların təsirinin əvvəlcə mənfi olacağını, ancaq kriptovalyuta istifadə edən insanların bundan istifadə etməyə davam edəcəyini qeyd edib. Bloomberg HT televiziyasında Maliyyə Texnologiyaları proqramının qonağı olan Ertürk, mərkəzi bankların rəqəmsal valyuta çıxarmaq məqsədinin fərqli olduğunu ifadə edərək, "Bu valyutaların istifadəsi kriptovalyutalar kimi investisiya üçün deyil, istifadə və real iqtisadiyyat üçündür. Mərkəzi banklar daha geniş  rəqəmsal pulu ticarətdə istifadə etməyə başlayacaq. O həmçinin qeyd edib ki,  "Bankların rəqəmsal valyutalarının kriptovalyutalara çox təsir edəcəyini düşünmürəm" 

Müəllif:Aynur Qəniyeva