BANK

12 Avqust

StanChart Türkiyə Mərkəzi Bankından sərt açıqlama gözləyir

Standard Chartered, Prezident Rəcəb Tayyib Ərdoğanın faiz endirimi çağırışından sonra TCMB -nin bazarları sakitləşdirmək üçün sərt pul siyasətinə sadiq olduğunu bildirməlidir.
Fins.az xəbər verir ki,Standard Chartered Bank, Türkiyə Respublikası Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin iclasında faiz dərəcələrində hər hansı bir dəyişiklik etməsini gözləmir.

TCMB -nin bu günə qədər real faiz dərəcələrini pozitiv saxlamağa çalışdığını ifadə edən bank, iyul ayında inflyasiyanın artması ilə hazırda real faiz dərəcələrinin demək olar ki, sıfıra bərabər olduğunu vurğulayıb. Bank, TCMB-nin 14,1% -i və bazarın ilin sonu 16,3% -lik inflyasiya gözləntilərinə baxmayaraq, 2021-ci ilin sonu gözləntilərinin 15,2% olduğu qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın faiz endirimi çağırışından sonra, TCMB, bazarları sakitləşdirmək üçün sərt pul siyasətinə bağlı olduğunu bəyan etmək məcburiyyətində qalacağını bildirən Standard Chartered Bank, faiz endirimindən əvvəl inflyasiya gözləntilərində əhəmiyyətli inkişafların olması lazım olduğunu bildirib.Bank, Avqust iclasının pul siyasəti mətninin tonunu yaxından təqib edəcəklərini vurğulayıb. .

Standard Chartered, Türkiyənin 2021 -ci ildə yüzdə 5 artacağını gözləsə də, faiz dərəcələrinin ilin sonunda 16% olacağını təxmin edir.

Müəllif:Aynur Qəniyeva