BANK

12 Avqust

Türkiyə bu ölkə ilə swap müqaviləsi imzalayıb

Türkiyə Respublikası Mərkəzi Bankı, Cənubi Koreya Mərkəzi Bankı ilə 17,5 milyard TL (2,3 trilyon von) swap müqaviləsi imzalayıb.
Fins.az xəbər verir ki, Cənubi Koreya Mərkəzi Bankı, açıqlamasında Türkiyə Respublikası Mərkəzi Bankı ilə 2,3 trilyon von (17,5 milyard lirə) bir swap müqaviləsi imzaladığını açıqlayıb. Mübadilə müqaviləsi 3 il davam edəcək. Tərəflər müqavilənin müddətinin uzadılmasını müzakirə edə biləcəklər.

Müqavilə ilə iki ölkə arasındakı ticarət sabitliyinin yaxşılaşması və uzun müddətdə dollardan asılılığın azaldılması nəticəsində maliyyə təhlükəsizliyinin gücləndiriləcəyi gözlənilir.

Müəllif: Aynur Qəniyeva