BANK

11 phrase_var_core.august

4 bankın depozit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.

Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (5 milyard 782 milyon 325 min manat), “PAŞA Bank” (4 milyard 534 milyon 455 min manat), “Kapital Bank” (4 milyard 410 milyon 409 min manat) və “Xalq Bank” (1 milyard 444 milyon 936 min manat) ASC-lərdir.

Qalan 22 bankdan 17-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 4 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.

8 bankın depozit portfeli azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-nin bu il aprelin 1-nə depozit portfeli illik müqayisədə az olub.

Bunlar “Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı”, “Bank Avrasiya”, “Yelo Bank”, “Rabitəbank” və “AFB Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC və Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma “AFB Bank”da (76,9%), ən az azalma isə “Azər-Türk Bank”da (1,1%) qeydə alınıb.

Qalan 18 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan” ASC-də (58,6%), ən aşağı dinamika isə “Xalq Bank” ASC-də (1%) qeydə alınıb.

"Renkinq"