BANK

11 phrase_var_core.august

Bu şəxsələr bu gündən “Kapitalbank” filiallarından bank kartlarını ala, vəsaiti nağdlaşdıra bilər

Kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar Ermənistanın hərbi təcavüzü nəticəsində zərər çəkən fermerlər bu gündən etibarən yaşadıqları ərazi üzrə “Kapitalbank” filiallarından bank kartlarını ala və köçürülmüş vəsaiti bankomatlarda nağdlaşdıra bilərlər.

Fins.az xəbər verir ki, zərərçəkmiş fermerlərin adlarına bank kartları açılıb, Prezidentin Sərəncamı ilə ayrılan 1,4 milyon manat vəsait kartlara köçürülüb.

Hərbi təcavüz nəticəsində Bərdə rayonunda 9, Ağcabədidə 55, Füzulidə 23, Goranboy/Naftalanda 22, Ağdamda 268, Cəbrayılda 1, Gəncədə 1, Tərtərdə 601 vətəndaşın əkin sahələrinə, kənd təsərrüfatı texnikasına, kənd təsərrüfatı məhsullarına, heyvanlarına zərər dəydiyi təsdiqlənib.

Zərərin ödənilməsi ilə bağlı əlavə məlumat almaq istəyən fermerlərin Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət etməsi xahiş olunur. 

Müəllif: Aynur Qəniyeva