VTB Group-un baş direktoru Andrey Kostin "Handelsblatt"a müsahibəsində bildirib ki, "VTB Group" Rusiyada özəl klinikalar şəbəkəsi əldə etmək imkanlarını nəzərdən keçirir.
Fins.az xəbər verir ki, Kostin, VTB -nin koronavirusdan sonra əczaçılıq bazarının iştirakçısı olmağı planlaşdırdığını bildirib.
"Özəl klinikalar şəbəkəsi əldə etmək imkanını da nəzərdən keçiririk. Klinikalar Rusiyada koronavirusla mübarizədə çox əhəmiyyətli bir rol oynadılar, ancaq təkcə COVİD sayəsində də inkişaf etmirlər",- o deyib.