Türkiyə Mərkəzi Bankı (TCMB), Avqust ayı bazar iştirakçıları ilə sorğunun nəticələrini açıqlayıb.
Fins.az xəbər verir ki, 2021 ilin sonu üçün dollar/TL proqnozu bir əvvəlki sorğu dövründə 8,99 ikən, bu sorğu dövründə 8,94 olub. 12 ay sonra üçün dollar məzənnəsi proqnozu isə əvvəlki sorğu dövründə 9,34 ikən, bu sorğu dövründə 9,37 olub.
Cari il sonu üçün istehlakçı inflyasiyası proqnozu əvvəlki sorğu dövründə 15,64% ikən, bu sorğu dövründə 16,30%-ə yüksəlib.
12 ay sonra üçün inflyasiya proqnozu əvvəlki sorğu dövründə 12,62% ikən, bu sorğu dövründə 12,48% olub.
Türkiyə iqtisadiyyatı üzrə 2021-ci il artım proqnozu əvvəlki sorğu dövründə 5,8% ikən bu sorğu dövründə 6,0% olaraq reallaşıb. ÜDM-in 2022-ci ildə artması üzrə proqnoz isə dəyişməyib və 4,0% olaraq qalıb.
Bazar İştirakçıları Sorğusu real və maliyyə sektorlarının professionallardan ibarət 55 iştirakçı tərəfindən cavablanılıb.