BANK

05 Avqust

Bağlanan bankın əmlakı hərraca çıxarılıb

25 avqust 2021-ci il tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun balansında olan daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır. 

Fins.az xəbər verir ki,Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 38, mənzil 4 ünvanındakı yaşayış sahəsi satışa çıxarılacaq. Daşınar əmlakın ilkin satış qiyməti 17000 manatdır. 

Bildirilir ki, satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməli və əmlakın alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürülməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan:Bakı şəh., Yasamal ray, məhəllə 593, Ə.Salamzadə küç. 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67