BANK

05 Avqust

İngiltərə Mərkəzi Bankından sürpriz yoxdur

İngiltərə Mərkəzi Bankı pul siyasəti faizində və qiymətli kağız alışı hədəfində dəyişikliyə getmədi.

Fins.az xəbər verir ki, Bank pul siyasəti faizini 0,10% səviyyəsində dəyişməz saxlayıb. Bank qiymətli kağız alışı hədəfini də 895 milyard sterlinqdə saxlayıb.

İqtisadçıların proqnozu da faizin bu səviyyədə saxlanacağı istiqamətində idi.

Bankın açıqlamasında qeyd edilib ki, qiymətli kağız alışlarının azaldılmasına faizin 0,50%-ə yüksəlməsi ilə başlanması planlaşdırılır.

Bank istehlakçı qiymətlərinin son rübdə 4%-ə yüksələ biləcəyini, ardından 2% səviyyəsini geriləyəcəyi təxmin edir.