2021-ci ilin yanvar-iyun aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artaraq 18,7 milyard manat təşkil edib.
Fins.az xəbər verir ki,sənaye məhsulunun 75,7 %-i mədənçıxarma, 21,0 %-i emal, 2,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Məlumata görə,sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,1 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01iyul 2021-ci il vəziyyətinə 354,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 57,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Müəllif: Aynur Qəniyeva