2021-ci ilin I yarımili ərzində bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin ümumi sayı 25.5 mln. ədəd, həcmi isə 93.3 mlrd. manat təşkil edib.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, aparılan köçürmələrin say üzrə 76%-i (19.3 mln. ədəd), həcm üzrə isə 70%-i (64.9 mlrd. manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb.
Bildirilir ki,2021-ci ilin I yarımili ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi ötən ilin analaoji dövrü ilə müqayisədə 58.5%, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan köçürmələrin həcmi isə 2.4 dəfə artaraq müvafiq olaraq 59 mlrd. və 1.6 mlrd. manat olmuşdur.