BANK

04 Avqust

Hökumət Ödəniş Portalı-da həyata keçirilən nağdsız əməliyyatların həcmi AÇIQLANIB

2021-ci ilin altı ayı ərzində “Hökumət Ödəniş Portalı”-da (HÖP) həyata keçirilən ödəniş əməliyyatlarının həcmi 1.9 mlrd. manat  olub ki,ondan 55%-i nağdsız həyata keçirilib.

Fins.az  xəbər verir ki, portalda  30.5 mln. ədəd ödəniş tranzaksiyası emal olunub. 

Bildirilir ki, bu gün HÖP-ə inteqrasiya olunmuş qurumlar üzrə 900-dən çox xidmət üzrə ödənişlərin toplanması təmin olunur. Bu xidmətlər üzrə ödənişlər 26 bank və “Azərpoçt” MMC-nin 2500-dən çox filial və şöbələrində, 1300-ə yaxın ödəniş terminalında nağd və nağdsız formada aparılır. 

Qeyd edək ki, “Hökumət Ödəniş Portalı”nın (HÖP) imkanlarına 11 mərkəzi icra hakimiyyəti orqanı, 3 Dövlət Agentliyi, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, 114 məhkəmə orqanı, 19 sığorta şirkəti, 1438 bələdiyyə orqanı və digər sosial əhəmiyyətli qurumlar inteqrasiya olunub.

Müəllif: Aynur Qəniyeva