BANK

04 Avqust

Milli Ödəniş Sistemi ilə aparılan əməliyyatlarının həcmi 1,9% ARTIB

2021-ci ilin I yarımili ərzində ölkədə Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS) vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi həcmi 98.5 mlrd. manat, sayı isə 35.5 mln. ədəd təşkil edib ki, bu da ötəhn ilin müvafiq dövrü ilə müqaisədə 5 milyard manat yaxud 1,9% artdığının göstəricisidir. 

Fins.az xəbər verir ki,bu dövr ərzində Milli Ödəniş Sisteminin əsas komponentləri olan iri və təcili ödənişlər üzrə Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) üzrə keçən ödənişlərin sayı 471 min ədəd, həcmi 83.2 milyard manat, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə ödənişlərin say 35.1 milyon ədəd, həcmi 15.3 milyard manat olub.

Qeyd olunub ki,  2020-ci ilin analoji dövründə AZİPS üzrə əməliyyatların sayı 383 min ədəd, həcmi 93.5 milyard manat, XÖHKS üzrə isə əməliyyatların sayı 27.3 milyon ədəd, həcmi isə 12.9 milyard manat təşkil etmişdir. Müvafiq dövrlərin müqayisəsi zamanı AZİPS-də aparılan əməliyyatların sayında 23% artım, XÖHKS-də aparılan əməliyyatların sayında isə 29% artım müşahidə olunub.

Müəllif:Aynur Qəniyeva