Avstraliya Federal Ehtiyyatlar Bankı (RBA) faiz siyasətində heç bir dəyişiklik etməsə də, istiqraz alışı proqramının azaldılmasının planlaşdırıldığı kimi həyata keçiriləcəyini vurğulayıb.
Mərkəzi Bankın sərdi Filip Löv və Pul Siyasəti İdarəsi istiqraz alışı proqramının həcmini sentyabr ayından etibarən 5 milyard Avstraliya dollarından 4 milyard Avstraliya dollarına endirəcəklərini açıqlayaraq analitikləri təəccübləndirdi. Halbuki, analitiklər istiqraz alışı proqramının azaldılmasının təxirə salınacağını ehtimal edirdilər. Qeyd edək ki, faiz dərəcələri 0.10% olaraq sabit saxlanılıb.