Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə Fins.az-a Fondan məlumat verilib.
Məlumata görə,Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin iyun ayı ərzində 463,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin yanvar ayı ərzində 644,9 milyon ABŞ dolları, fevral ayı ərzində 437,3 milyon ABŞ dolları, mart ayı ərzində 397,7 milyon ABŞ dolları, aprel ayı ərzində 509,9 milyon ABŞ dolları, may ayı ərzində 312,7 milyon ABŞ dolları, iyun ayı ərzində isə 463.6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır.
Mərkəzi Bankın 30 İyunda yaydığı məlumatına görə, cari ilin ötən dövründə 55 valyuta hərracında 3.2 milyard ABŞ dolları satılmışdır ki, bu da orta hesabla hər hərraca 58.7 milyon ABŞ dolları deməkdir. Hərracların 87%-də təklif tələbi üstələmişdir. Cari ilin 30 iyul tarixinə Dövlət Neft Fondunun qrafikə uyğun satılmayan vəsaiti 539 milyon ABŞ dollarıdır.