BANK

02 Avqust

Azərbaycan banklarının kredit ve depozit portfellərinin həcminə görə RENKİNQİ

2021-ci il iyulun 1-nə Azərbaycanda bank sektorunun depozitlərinin (maliyyə institutları istisna olmaqla) həcmi 22,125 mlrd. manat, müştərilərə verilən kreditlərin həcmi isə 14,857 mlrd. manat təşkil edib.

 Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, ölkənin bank sektorunda kreditlərin depozitlərə nisbəti ("loan-to-Deposit ratio" LDR) təxminən 67% təşkil edir. LDR ("loan-to-deposit ratio") bank sektorunun və ya fərdi bankın likvidliyini qiymətləndirmək üçün istifadə olunan göstəricilərdən biridir.

Qeyd edək ki, bu nisbət çox yüksəkdirsə, bu, bankın gözlənilməz tələblərini ödəmək üçün kifayət qədər likvidliyə sahib ola bilməməsi riskini artırır. Əksinə, nisbət çox aşağıdırsa, bank öz potensialından daha az qazanması və vəsaitlərindən daha az istifadəsi deməkdir. Bir qayda olaraq, kredit portfelinin depozit portfelinə olan ideal nisbəti 80%-90% aralığında sayılır.

Nəzərə alaraq ki, iyulun 1-nə ölkənin bank sektorunda göstərici 67%-dir, banklar mövcud müştəri vəsaitlərini (depozitlər) kredit məqsədləri üçün axıra qədər istifadə etmirlər.

Müqayisə üçün Avropa İttifaqında 2021-ci ilin aprelin 1-nə LDR təxminən 119%, ABŞ-da isə martın 1-nə 68% civarında təşkil edirdi.

2021-ci ilin iyulun 1-nə Azərbaycan banklarının LDR-ə görə renkinqi, kredit ve depozit portfellərinin həcmi və illik dinamikası:

(c)APA