BANK

30 İyul

ABB rəsmisi: Tətbiq 1.5 milyon dəfədən çox yüklənib

Tətbiq 1.5 milyon dəfədən çox yüklənib 

Fins.az xəbər verir ki, bunu ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş transformasiya inzibatçısı Taleh Tahirli bildirib 

O qeyd edib ki, korporativ müştərilərimizin hazırda apardıqları əməliyyatların təxminən 90%-i İnternetBank vasitəsilə yerinə yetirilən əməliyyatların payına düşür. Yeri gəlmişkən, bu ilin sonuna kimi korporativ müştərilərimiz üçün tamamilə yenilənmiş İnternetBank sistemimizi istifadəyə verəcəyik.

Taleh Tahirli bankın təqdim etdiyi mobil tətbiqin fəaliyyətinə də toxunaraq "Eyni tendensiya pərakəndə bankçılıqda da özünü göstərir. Ötən il təxminən elə bu vaxtlar yenilənmiş ABB mobile tətbiqimizi müştərilərimizə təqdim etdik. Tətbiq 1.5 milyon dəfədən çox yüklənib. Bir il ərzində tətbiqdə qeydiyyatdan keçmiş müştərilərimizin sayı 500 minə çatıb. Bunlar onu göstərir ki, müştərilərimizin rəqəmsal təcrübələri getdikcə artır"-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva