BANK

30 İyul

Araz Ağalarovdan dollar AÇIQLAMASI

Rusiyadakı inflyasiyanın ən böyük səbəblərindən biri ABŞ-dakı inflyasiyadır.

Fins.az xəbər verir ki, bunu rusiyalı milyarder Araz Ağalarov deyib.

“ABŞ-ın borcu bir ilə 5 trilyon dollar artıb. Onlarda borc 22-23 trilyon dollar olmalıydı, amma indi 28-29 trilyondur. Yəni onlar çoxlu sayda yeni pul buraxdılar. Bu yumşaq pul-kredit siyasəti adlanır. Bunun sayəsində dollar bir az dəyərsizləşdi”, – deyə o bildirib.

Ağalarov dollardan asılılığın azaldılmasının mümkün olmadığını söyləyib. O, dolların metr və ya santimetr kimi artıq beynəlxalq ölçü vahidi olduğunu deyib.