Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hazırlanmış “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi ölkədə ödəniş sistemləri sahəsində tənzimləmə mexanizminin qurulması və rəqabət mühitinin formalaşdırılmasını nəzərdə tutur.
Bunu "GoldenPay" ASC-nin İdarə Heyətinin sədri Naina Mehdiyeva "Fins.az"-a açıqlamasında bildirib
O qeyd edib ki, Biz də GoldenPay şirkəti olaraq innovativ ödəniş həllərinin genişləndirilməsi çərçivəsində həyata keçirilən tədbirləri yaxından izləyir və qanunun hazırlanmasında iştirak edirik. Banklar və ödəniş sistemləri arasında münasibətlərin qanun ilə tənzimlənməsi çox mühüm olduğundan ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi və effektiv tənzimləmə sisteminin formalaşdırılmasını dəstəkləyirik.
Naina Mehdiyeva istehlakçı hüquqlarının qorunması ilə də bağlı şirkətin mövqeyinə aydınlıq gətirərək "Əlavə olaraq, istehlakçı hüquqlarının qorunması üçün nəzərdə tutulan müdafiə mexanizmlərinin isə öz növbəsində istifadəçi loyallığını qazanmağa və ölkədə nağdsız ödənişlər sahəsində ciddi irəliləyişlərə səbəb olacağını düşünürük."-qeyd edib.
Müəllif: Aynur Qəniyeva