BANK

30 İyul

Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. dolları ötüb

Azərbaycanını strateji valyuta ehtiyatları ilin əvvəlindən artaraq 52,2 mlrd. ABŞ dollarına çatıb.

Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, AMB-nin valyuta ehtiyatları da ilin əvvəlindən 2% artaraq 6,5 mlrd. dollara çatıb.

(c)APA