“Bootcamp”ın ilk günündə Elşad Yusifli şifrləmə və informasiya təhlükəsizliyi, API xidmətləri mövzularında çıxış edib. İkinci gün Ələkbər Eyvazlı “FinTech” dünyasının məhdudiyyətləri, riskləri, siyasi və sosial təsirləri” mövzusunda, Orxan Bağırov “Açıq bankçılıq” mövzusunda təlimi davam etdiriblər.
Fins.az xəbər verir ki,proqramın son günündə Tamerlan Rüstəmov ödəniş servisləri, Ruslan Talıbov ümumi Fintech mövzusunda çıxış edərək “bootcamp”ı yekunlaşdırıblar.
Proqram çərçivəsində iştirakaçılara məlumatların təhlili və maliyyə sahəsində istifadə olunan çoxşaxəli yanaşmalardan, o cümlədən müasir texnoloji maliyyə vasitələrinin tətbiqindən bəhs edilib. Həmçinin onları maliyyə və texnologiyalar aləminin ən yaxşı təcrübələri ilə tanış edərək çalışdıqları şirkətə dəyər gətirməkdə kömək edəcək yeni bacarıqlar haqqında məlumat verilib.
2007-ci ildə yaradılmış “PAŞA Bank” Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Bank, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edir. “PAŞA Bank”, iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələri sayılan aqrobiznes, nəqliyyat, tikinti, ticarət və bir sıra mühüm seqmentlərə xidmət göstərməklə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verir.
SUP VC startapların Azərbaycanda böyüməsinə və beynəlxalq bazara çıxmasına kömək edən intensiv akselerasiya mərkəzidir. Dünyada onlarla mentorluq şəbəkəsinə malik olan SUP VC Azərbaycanda bilik, beynəlxalq təcrübə və innovativ sahibkarlıq imkanlarını təqdim edir.






