ABB (Beynəlxalq Bank), PAŞA Bank, Kapital Bank, Xalq Bank və Bank Respublika Azərbaycanda mövcud 26 bank arasında ən böyük 5 bankdır. Bu bankların hər birinin aktivləri 1 milyard manatdan çoxdur.
Azərbaycandakı ən böyük 5 bank 2021-ci ilin ilk yarısında 311 milyon 935 min manat xalis mənfəət əldə ediblər. Bu, 2021-ci ilin ilk 6 ayında xalis mənfəət əldə etmiş 21 bankın cəmi 362 milyon 571 min manatlıq xalis mənfəətinin 86%-nə bərabərdir. Qısası, bank sektorunun xalis mənfəətinin 86%-i 5 bankın, 14%-i isə 17 bankın payına düşüb.