“Turanbank” ASC 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun) 185 min manat xalis mənfəət ilə başa vurub.
Fins.az xəbər verir ki, hesabat dövründə bankın öhdəlikləri 19,2% artaraq 517,033min manat təşkil edib.
2021-ci ilin yanvar-iyun dövründə “Turanbank” –ın hesabatında Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərclərini gəlirdən əlavə xərc olaraq qeyd olunub.Belə ki, bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri ötən ilin müvafiq dövrü ilə müqaisədə 39,8% artaraq 1370 min manat təşkil edib.
“Turanbank”ın dövrün sonuna nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri 2,1% azalaraq 109,924 min manat olub.
2021-ci ilin yanvar-iyun dövründə “Turanbank”ın faiz ötən ilin müvafiq dövrünə nisbətdə 19,2% artaq 19,375 min təşkil edib.
Bankın hesabat dövündə Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 2020-ci ilin müvafiq dövrünə nisbətən 24,05% artaraq 104,705 min manat olub.
Müəllif:Aynur Qəniyeva