2021-ci ilin ilk yarısında Azərbaycan əhalisi banklardan 913,011 mln. nağd ABŞ dolları alıb. Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, təkcə iyun ayında əhali 76,732 mln. nağd dollar alıb, bu da may ayı ilə müqayisədə 4,2% azdır.