BANK

23 İyul

Azərbaycanda bankların faiz gəlirləri  5,6% ARTIB

Yanvar-iyun aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 366,3 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,5% azdır.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. 

Məlumata görə,hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 8,6 milyon manat (artım 5,6%), o cümlədən verilmiş kreditlər üzrə 805,7 milyon manat (artım 6,2%) təşkil edib.

Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 418,9 milyon manat (artım 31,17%) məbləğində olub.