BANK

26 İyul

Manatın nominal effektiv məzənnəsi BAHALAŞIB 

Cari ilin 6 ayında qeyri-neft ticarət çəkili nominal effektiv məzənnə (NEM) 1.7%, real effektiv məzənnə (REM) isə 1% bahalaşıb.

Fins.az xəbər verir ki,bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.

Məlumata görə NEM-in bahalaşması əsas ticarət tərəfdaşı olan ölkələrin məzənnələrinin manata qarşı ucuzlaşması ilə əlaqədardır.

Müəllif:Aynur Qəniyeva