BANK

23 İyul

Azərbaycanda kredit kartlarının sayı ARTIB

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyun ayının sonunda may ayına nəzərən 79 min ədəd artaraq 10 milyon 51 min təşkil edib. 

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb 

Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 16% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 15%, kredit kartları üzrə 27% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 196 min, kredit kartları 254 min, digər kartlar isə 973 min ədəd artıb,