BANK

23 İyul

Azərbaycanda əhalinin bank əmanətləri azalıb

2021-ci ilin iyun ayında Azərbaycanda əhalinin bank əmanətləri 199,8 milyon manat azalıb.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, 01 İyul 2021-ci il tarixində əhalinin əmanətləri 8 milyard 435,4 milyon manat təşkil edib. İyunun 1-də əhalinin əmanətləri 8 milyard 635,2 milyon manata çatmışdı.

Əhalinin əmanətləri, milyon manat ilə

01.07.2021     8435,4

01.06.2021     8635,2

01.05.2021     8352,9

01.04.2021     8147.5

01.03.2021     8379,9

01.02.2021     8202.9

01.01.2021     8177.9

01.12.2020     7908.2